İdman

“Real”ın hücumçuları 5 oyundur qol vurmur

İspaniya La Liqasının 21-ci turunda “Valyadolid”i məğlub edən (1:0) “Real”ın hücumçuları üçün uğursuz statistika qeydə alınıb.

Qol.az xəbər verir ki, son dörd oyunda olduğu kimi, bu dəfə də qolu hücumçu vurmayıb. Müdafiəçi Naço rəqib qapısına yol tapıb.

Son beş oyunda vurulan 6 qolun heç birində hücumçuların imzası yoxdur. Bu oyuna qədər yarımmüdafiəçi Kazemiro və müdafiəçi Rafael Varan 2, digər yarımmüdafiəçi Luka Modriç isə bir qol vurub.

Xatırladaq ki, “Real” qələbə sayəsində xalını 46-a çatdıraraq La Liqasnın vahid lideri olub.

Bənzər yazılar

Back to top button