Bizim seçimSiyasət

General Qabil Məmmədov lənkəranlılara müraciət etdi: Yadigar Sadıqlıya səs verin

Deputatlığa namizədliyi qeydə alınmayan general Qabil Məmmədov lənkəranlılara müraciət edib.

AzToday.az xəbər verir ki, general müraciətində deputatlığa namizəd Yadigar Sadıqlıya dəstək verməklə yanaşı hakim partiyanın dəstəklədiyi Rüfət Quliyevin ünvanına sərt tənqidlər səsləndirib:

Müraciəti olduğu kimi təqdim edirik:

“Dəyərli DOSTLAR və əziz LƏNKƏRANLILAR!

Bildiyiniz kimi, göstərdiyim səylərə baxmayaraq, 5-ci kolonlara işləyən bir qrup şəbəkələşmiş ANTİ MİLLİ ÜNSÜR və XAİNLƏRİMİZ, planlı və məqsədyönlü şəkildə mənim seçkilərdəki iştirakımın qarşısını almağa nail ola bildilər.

Açıqca Sizlərə bəyan etmək istəyirəm ki, onların istəkləri, son 3 çağırışın deputatı olmuş və Lənkəran üçün əlini ağdan qaraya vurmamış Rüfət Quliyevi növbəti dəfə “qutudan çıxarmaqla” təkrarən bizlərə deputat təyin etsinlər.

Biz buna yol verməməliyik. Taleyimizi başqalarının ixtiyarına buraxmamalıyıq. Keçmişimizin, bu günümüzün, gələcəyimizin, tariximizin və XAN LƏNKƏRANımızın naminə – bu tip “təyinatlara” YOX deməliyik. Bir lənkəranlı olaraq öz vicdan və şərəfimizi, bəzi yaramazların bizlərə səs əvəzi olaraq təklif etdikləri “20 manatlara” satmamalıyıq. Seçki günü, qoymamalıyıq ki, öz vicdanlarını pula satmış bu binamus ÜNSÜRLƏR, əsasən Təhsil və Səhiyyə sahəsində çalışan qardaş və bacılarımızın şərəf və ləyaqətindən bir “material” kimi bu çikrin oyunlarda öz maraqları üçün istifadə etsinlər. Bu tip alçaq işlərə dəvət alacaq hər bir LƏNKƏRANLI, bu çirkin addımı atmadan öncə öz gözləri qarşısında – Əcdadlarını, təminatsız körpələrini, xəstə valideynlərini, bir tikə çörək parçası axtarışı naminə evindən-diyarından didərgin düşmüş yaxınlarını, tapdaq altında olan Qarabağı, əsirlikdə olan ana-bacılarımızı, bizlər üçün özlərini fəda etmiş şəhidlərimizi və baxımsızlıqdan fəryad edən LƏNKƏRANımızı canlandırsın, öz vicdanının səsini dinləsin.

Bu yaranmış vəziyyətdə, mənə inananlara, məni özlərinə Dost bilənlərə, mənim üçün səs verməyə hazır olmuşlara müraciət edərək, Lənkəranın – layıqli, vicdanı təmiz övladı olan YADİGAR SADIQLİ ətrafında birləşməyə, ona səs verməyə çağırıram. Seçki günü evlərdə oturmayın, həmrəylik nümayiş etdirməklə 1 nəfər kimi məntəqələrdə səs verin. Seçkiyə getməməklə Kərim Heydərovlara imkan verməyin ki, səslərinizi oğurlasınlar, qutulara hazır büllütenlər atsınlar.

Dəyərli Dostlar, Lənkəranı sevənlər, özünün və övladlarının gələcəyinə laqeyid olmayan BACI və QARDAŞLAR! LƏNKƏRAN hər birinizin səsinə ehtiyac duyur. Gəlin 1 nəfər kimi, Xalqımızın mərd oğlu YADİGAR SADIQLInın ətrafında birləşərək ona SƏS verək!

Allah vətənimiz Azərbaycanı qorusun!”

Bənzər yazılar

Back to top button