GündəmSiyasət

Ərdoğan Paşinyanla telefonda danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

O bildirib ki, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə ediblər:
“Söhbət zamanı hər iki ölkənin liderləri vurğuladılar ki, regionda uzunmüddətli sülh və sabitliyə nail olunması bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcək.

Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər”.

Bənzər yazılar

Back to top button