CəmiyyətDünya

Koronavirus haqqında iddialar – Hansı daha doğrudur?

Çinin Hubey vilayətinin Uhan şəhərində yayılan koronavirus bu günə qədər 100-dən çox insanın ölümünə səbəb olub, 4500 nəfərdə isə virusun simptomları aşkarlanıb. Ancaq Çində insanların bununla mübarizə apardığı vaxtda yayılan təkcə virus olmayıb. Virusun gətirdiyi qorxu sosial mediada onun haqqında müxtəlif dezinformasiya və şayiələrin də sürətlə yayılmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu iddiaların nə qədər həqiqi olmasını BBC-nin monitorinq qrupu araşdırıb.

Yarası supu iddiaları

İlk andan insanlar koronavirusun mənşəyi haqqında spekulyasiyalara başladılar. Belə ki, sosial mediada çinlilərin yarasa supu yeyərkən çəkildiyi iddia edilən videolar sürətlə yayıldı. Hətta bu videolardan birində çinli qadının kameraya gülümsəyərək yarasa yediyi, dadını isə toyuğa bənzətdiyi görülür.

Həmin video sosial mediada çox böyük söz-söhbətə səbəb oldu və bəzi insanlar bu virusun yayılmasına səbəb kimi çinlilərin yalnış yemək alışqanlıqlarının olduğunu iddia etdilər.

Ancaq doğru olan isə o idi ki, videoda göstərilən yer nəyinki Uhan, heç Çin deyildi. Həmin video 2016-cı ildə tanınmış blogger və səyahət proqramçısı Vang Mengyun tərəfindən Qərbi Sakit okeanın Palau adasında çəkilib.

Lakin video sosial mediada sürətlə yayılaraq, insanların yalnış məlumatlandırılmasına səbəb oldu.

Bunu görən Mengyun üzr istəyərək “yarasaların virus daşıdığı haqqında məlumatı olmadan oradakı insanların gündəlik həyatını göstərmək istədim” dedi. Daha sonra həmin videonu öz səhifəsindən sildi.

Növbəti iddialardan biri koronavirus infeksiyasının Uhandakı bir balıq bazarında qanunsuz olaraq satılan vəhşi heyvanlardan qaynaqlandığı oldu. Ancaq bu iddiada yer alan və həmin bazarda satılan, virus mənbəyi kimi göstərilən yarasalardan hazırlanan sup Çində heç də məhşur bir yemək deyil. Virusun necə inkişaf etdiyi və yayıldığına dair araşdırmalar davam edir.

Virusun planlı şəkildə yayılma iddiaları

ABŞ-da virusa ilk yoluxmuş şəxs aşkarlandıqdan sonra ötən həftə “Twitter” və “Facebook”da yayımlanan patent sənədlərinə istinadən mütəxəssislərin illərdir bu virusu tanıdıqları iddia olundu.

Bu iddiaları ilk paylaşanlardan biri isə sui-qəsd nəzəriyyəçisi və “YouTube” istifadəçisi Cordan Sather oldu.

Minlərlə “Twitter” şəbəkə istifadəçisi tərəfindən bu virusun 2015-ci ildə İngiltərədəki Pirbiright İnstitutu tərəfindən verilən patent müraciəti ilə əlaqəsi olduğu iddia edildi.

Burda koronovirusun zəiflədilmiş bir variantının tənəffüs xəstəliklərinə qarşı bir peyvənd kimi istifadəsi yazıldı. Bu link xüsusən də peyvənd əleyhinə qruplar tərəfindən “Facebook”da tez-tez paylaşıldı.

Sather “Bill və Melinda Geyts Fond”un həm Pirbrayt İnstitutu, həm də peyvənd inkişaf proqramlarına yardım etdiyi səbəbi ilə bu virusu bilərək və bir peyvənd yaratmaq üçün planlı şəkildə yaydığını iddia etdi.

O, bir “twit”ində “Geyts Fondu bu illər ərzində peyvənd proqramlarına nə qədər pul ödəyib? Bu epidemiya planlaşdırılıbmı? Ondan mediadan istifadə edərək insanları qorxuda saxlayırlarmı” yazaraq öz şübhələri haqqında qeyd etmişdi.

Ancaq Pirbrayt İnstitunun bu patentinin yeni meydana çıxan koronavirus üçün deyil, quşlar tərəfindən yayılan və yalnız qanadlılara təsir edən bronxit üçün yaradıldığı məlum oldu.

“Bill və Melinda Geyts Fondu”nun Pirbrayt İnstitu üzrə sözçüsü Teresa Mauqan Buzfeedə bu patentin daxil olduğu layihənin fond tərəfindən maliyyələşdirilmədiyini söylədi.

Biolojik silah iddiaları

Digər bir əsassız iddia isə bu virusun Çinin gizli bioloji silah proqramının bir hissəsi olduğu və Uhan Bioloji İnstitutu tərəfindən yayılması idi.

Bu nəzəriyyənin tərəfdarları “Washington Times” qəzetinin tez-tez paylaşdığı iki məqaləyə istinad edirlər. Hətta bu məqalələrdə keçmiş İsrail kəşfiyyatçısının dedikləridə qeyd olunub.

Ancaq hər iki məqalədə heç bir dəlil yoxdur. Hətta iddianın mediaya sızdığı İsrailə aid mənbədə belə heç bir dəlil və sübuta rast gəlinməyib.

İddiaya görə, rəsmi araşdırmalar virusun Uhandakı Huanan balıq bazarından yayıldığını göstərir.

“BBC News” isə məsələ ilə bağlı “Washington Times” qəzetindən açıqlama istəyib.

Casusluq iddiaları

Digər bir iddia virusun Kanadanın Milli Mikrobiologiya Laboratoriyasında çalışan bir tədqiqatçı ilə əlaqəsinin olması və bu səbəbdən ifadəsinin alınması idi.

Kanadanın ictimai yayımçısı olan CBC-nin keçən il yayımladığı bir məqalədə bioloq Dr. Şianqqu Zu, həyat yoldaşı və bəzi çinli tələbələrin, mümkün bir “laboratoriya siyasətinin pozulması” səbəbiylə institutdan ayrıldığı qeyd olunub.

Ancaq yerli polis CBC-yə bildirib ki, bu məsələ ictimai sağlamlığa heç bir təhlükə yaratmır.

Digər bir xəbərdə isə həkim Çunun ildə iki dəfə Çin Elmlər Akademiyasının Uhan Biotəhlükəsizlik laboratoriyasına getdiyi yazılıb.

12000 “retwet” və 13,000 bəyənməsi olan bir “twit”də heç bir sübut göstərilmədən həkim Zu və həyat yoldaşının “casus dəstəsi”nin bir hissəsi olduğu, “Uhandakı müəssisəyə xəstəlik gətirən viruslar göndərdiyi” və həyat yoldaşının “koronavirus araşdırmaları sahəsində ixtisaslaşdığı” iddia edilib.

Ancaq həmin “twit”də deyilən bu üç iddia CBC kanalının heç bir xəbərində yer almayıb. Kanalın yayımladığı məlumatlarda koronavirus və cəsus kəlimələrinə rast gəlinməyib.

“Uhandakı tibb bacısı” iddiası

Sosial mediada yayılan digər videoların Hubey əyalətində baş verənləri ifşa edən həkim və ya tibb bacısı tərəfindən çəkildiyi iddia edildi.

Bu videoların ən populyarını isə koreyalı “YouTube” istifadəçiləri Koreya və İngilis dilində alt yazılarla yükləyib. Artıq silinmiş bu videonun ingilis dilindəki alt yazılarında videonu çəkən qadının Vuhandakı bir xəstəxanada tibb bacısı işlədiyi deyilirdi.

Ancaq burda şübhəli məqam videonu hazırlayan qadının tibb bacısı və ya həkim olduğuna dair heç bir ifadədən istifadə etmədiyi olub.

Görünür ki, işin bu hissəsi video yükləyənlərin fərziyyəsidir.

Videoda adı açıqlanmayan qadın, naməlum yerdə qoruyucu geyimdə görünür, ancaq bu paltarlar Hubey əyalətində geyilən qoruyucu paltarlara uyğun gəlmir.

Komendant saatı səbəbindən bölgədən gələn videoları təsdiqləmək çətindir. Videodakı qadının virus haqqında bir sıra əsassız dediyi sözlər önun həkim və ya tibb bacısı ola bilcəyi yönündə şübhələrə səbəb olub.

Həmin qadın Çində 90 min insana yoluxduğunu söyləsə də, yanvarın 28-də bu say yalnız 4500 olub.

Virus Çinə necə yayılıb?

Sosial mediada yayılan videoda Uhandakı xəstəxanalardan birində tibb bacısı işlədiyi deyilən qadın virusun ikinci bir mutasiya keçdiyini və bir xəstədən 14 insana keçə biləcəyini də iddia edir.

Ümumdünya Səhiyyə Təşkilatının ilkin hesablamalarına görə, bu nisbət 1,4 ilə 2.5 arasındadır.

BBC-yə danışan “ChineFile” jurnalının vizual görüntü redaktoru Vuhanian Muyi Şiao Bu, qadının virusun tibbi bir tarixi olduğu kimi danışmadığını deyib.

Videonun çəkildiyi yer məlum olmasa da, qadının epidemiya ilə bağlı fikirlərini bölüşən Hubey vilayətinin vətəndaşı olduğu təxmin edilir.

Avstraliyada yaşayan çinli siyasi fəal və sənətçi Badiucao isə “bəlkə o qadın həqiqəti söyləyir, çünki heç kim həqiqəti bilmir” deyib.

Bundan əlavə o bu məsələdə doğruluq və şəffaflığın olmamasının insanlar arasında çaxnaşma yaratdığınıda deyib.

Bənzər yazılar

Back to top button