Dünya

Ərdoğan 33 nəfər sənətkarın qatilini əfv etdi: Qanlı Sivas yanğını (VİDEO)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1993-cü ildə Sivasda Madımak otelini yandıraraq, aralarında yazıçı və sənətçilərin də olduğu 33 nəfərin ölümünə səbəb olan Ahmet Turan Kılıçı əfv edib.

Qaynarinfo odatv-yə istinadən xəbər verir ki, ağırlaşdırılmış ömürlük həbs cəzası almış Turan Kılıç səhhətində yaranan problemlə əlaqədar olaraq bağışlanıb.

Qeyd edək ki, cinayəti törətdikdən sonra ona əvvəlcə edam cəzası verilmiş, daha sonra isə edam hökmü ağırlaşdırılmış ömürlük həbs cəzası ilə əvəzlənmişdi.

Bənzər yazılar

Back to top button