Bizim seçimDünya

Paşinyan Rusiya telekanallarının Ermənistanda yayımına qadağa qoymaq istəyir

Rusiyanın Ermənistandakı səfirliyi dərhal reaksiya verərək rus telekanallarının ölkənin milli təhlükəsizliyinə təhlükə yaratması iddalarını rədd edib

Ötən ilin yanvar ayından Ermənistan Televiziya və Radio Komissiyasının sədri seçilən Tiqran Hakobyan bu günlərdə jurnalistlərlə söhbətində xarici televiziya şirkətlərinin verilişlərinin ölkədə yayımlanmasına toxunaraq bildirib ki, Ermənistanda ictimai rəqəmsal multipleksində Ermənistan vətəndaşları üçün xarici yayım şirkətlərinin verilişlərinə pulsuz baxmasının təmin edilməsi nəzərdə tutulmayıb.

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan hakimiyyəti Rusiya telekanallarının ölkə ərazisində yayımlanmasının qarşısını almaq məsələsindən əl çəkmək fikrində deyil.

“Tert.am” saytı yazırki, T.Hakobyanın sözlərinə görə, Ermənistanda bir neçə xarici telekanal mövcuddur ki, onlar “ölkənin milli təhlükəsizliyinə təhdid yarada, erməni auditoriyasında başqa bir ölkə haqqında mənfi rəy formalaşdıra bilər:

“Məsələn, gürcülər, ukraynalılar haqqında, çünki bu dövlət onlarla düşmən münasibətdədir. Gürcüstan isə qonşumuz, müttəfiqimizdir. Düşməni və ya rəqibi İran şirkətləri olan Qərb telekanalları var ki, onların telekanallarında anti-İran məzmunlu verilişlər yayımlaya bilərlər”. T.Hakopyan eyni zamanda, müvafiq tənzimləmənin yaxın gələcəkdə Ermənistan qanunvericiliyi ilə möhkəmləndirilməsinə əminliyini ifadə edib.
Əslində Rusiya televiziya kanallarına Ermənistanda məhdudiyyətlərin tətbiqi məsələsi yeni deyil. 2019-cu ilin aprelində hakim “Mənim addımım” blokundan olan millət vəkili Narine Tuxikyanın parlamentin Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman daimi komissiyasının iclasında Televiziya və Radio Komissiyanın 2018-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilərkən bir sıra Rusiya telekanallarının (“Mir”, ORT və “Rusiya 1”) anti-erməni, ermənfob məzmunlu verilişlər zamanı bu kanalların yayımını məhdudlaşdırmaq və ya dayandırmağın mümkün olub-olmadığı məsələsini qaldırmışdı.

Maraqlıdır ki, o dövrdə Tiqran Hakopyan açıq şəkildə Rusiya əleyhinə elementləri olan fikrə mənfi reaksiya verərək, xüsusilə Ukrayna, Moldova və Gürcüstanı misal gətirməməyi xahiş edib: “Ukrayna hansısa ərazisini itirdi, Moldova və Gürcüstan da, həmçinin”.

Buna baxmayaraq, 1 ildən sonra erməni mətbuatında Rusiya telekanallarının yayımının məhdudlaşdırılması məsələsinin yenidən gündəmə gəlməsi, T.Akopyanı öz yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar etməsi bəzi sullar doğurur.

Məhz bu səbəblərdən Rusiyanın Ermənistandakı səfirliyi T.Hakopyanın, “Rusiya telekanallarının ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı” barədə tezisinə reaksiya verib və təəssüfünü dilə gətirib. “Aysor.am”ın yazdığına görə, diplomatik nümayəndəliyin rəhbərliyi eyni zamanda, Rusiya telekanallarının daimi auditoriyasını təşkil edən çoxsaylı Ermənistan vətəndaşlarının maraqlarını nəzərə almağın vacibliyini qeyd edib.

Ekspertlərin qəanətinə görə isə, burada son vaxtlar, xüsusilə təbii qazın satışı məsələsi ilə bağlı Rusiyanın Ermənistana güzəştə getməməsi iddialarından sonra bu məsələnin ortaya atılmasını N.Paşinyanın guya təzyiq vasitəsi kimi seçdiyi növbəti uğursuz cəhdi hesab edirlər. T.Hakopyan isə ABŞ-ın CNN telekanalına da məhdudiyyət tətbiq etməsi məsələsini ortaya ataraq Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyinin mövcud olmasından diqqəti yayındırmaq istəyir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button