Dünya

Avstraliyanın paytaxtında fövqəladə vəziyyət elan edildi

Avstraliyanın paytaxtı Kanberrada meşə yanğınlarının böyüməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər bölgədə baş vermiş yanğının son 20 ilin ən böyük yanğını olduğunu bildirirlər. Alovlar 18 min 50 hektar sahəni əhatə edib. Kanberranın ətrafında yaşayanlara mümkün təxliyə planları üçün hazır olmaları barədə xəbərdarlıq edilib.

Kanberra bölgəsinin baş naziri Edryu Barr 40 dərəcəyə çatan istilər və güclü külək səbəbindən yanğının nəzarətdən çıxa biləcəyini deyib.

Rəsmilər həmçinin bəzi vətəndaşların foto çəkmək üçün yanğın bölgəsinin yaxınlarına getmələri ilə bağlı xəbərlərin yayılmasından sonra onlara “fəlakət turizmi” ilə əlaqədar xəbərdarlıq edib.

Qeyd edək ki, sentyabrdan bəri davam edən yanğınlar səbəbindən Avstraliyada 33 nəfər həyatını itirib, 11 milyondan çox ev isə kül olub.

Bənzər yazılar

Back to top button