Dünya

Zelenskidən ABŞ-a Qara dənizlə bağlı təklif

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika şirkətlərini Qara dəniz şelfinin dəyərli ehtiyatlara sahib olması üçün hazırlanmasında iştirak etməyə dəvət edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu haqda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra məlumat verib.

Zelenski ABŞ-ı Ukrayna neft və qazının inkişafında və hasilatında Qara dənizin şelfi də daxil olmaqla iştirak etməyə dəvət etdiyini vurğulayıb. Zelenski həmçinin ABŞ-ın Ukraynanın əsas müttəfiqi olaraq qaldığını vurğulayıb. Vaşinqton 2020-ci ildə Kiyevə 700 milyon dollar məbləğində maddi yardım göndərəcək.

Zelenski eyni zamanda, Şimal axını-2-yə qarşı tətbiq olunan sanksiyalara görə Pompeoya təşəkkür edib. Pompeo Vaşinqtonun Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini də əlavə edib:

“ABŞ Krımı heç vaxt Rusiyanın ərazisi kimi tanımayacaq. Bilirəm ki, investisiyalar artmaqda davam edəcək”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button