İdman

Lempard 80 milyonluq qapıçını ehtiyata göndərdi

“Çelsi”nin baş məşqçisi Frenk Lempard klub rəhbərliyindən yay transfer pəncərəsi zamanı Kepa Arrisabalaqanın əvəzinə yeni qapıçı almağı tələb edib.

Qol.az Britaniya mətbuatına istinadən yazır ki, dünən Premyer Liqanın 25-ci turunun “Lester”ə qarşı görüşündə (2:2) 25 yaşlı ispan qapıçı ehtiyatda qalıb. Qapını Vilfredo Kabalyero qoruyub. Mənbə bildirir ki, böyük ehtimalla Arrisabalaqa bu mövsüm daha oynamayacaq.

O, hazırkı mövsümdə 24 oyunda meydana çıxıb və 32 qol buraxıb. Qapıçının “Çelsi” ilə müqaviləsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, “Çelsi” Arrisabalaqanı 2018-ci ildə “Atletik”dən 80 milyon avroya alıb. O, hazırda dünyanın ən bahalı qapıçısı sayılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button