Dünya

ABŞ alimi insan həyatındakı ən bədbəxt yaşı müəyyənləşdirdi – 130 ölkə

Bu başlığı oxuduqdan sonra hər kəs, hətta ən qatı skeptik belə, yəqin, maraqlanacaq ki, onun bu yaşına çox qalıb, yoxsa o mərhələni ötüb keçib?

Qaynarinfo xəbər verir ki, Dartmut Kollecindən amerikalı professor Devid Blançflouerin verdiyi nəticələr bir çoxlarına zarafat kimi görünə bilər, amma bu o uzun illər bu məsələni araşdırmağa sərf edib. Üstəlik, bu yaş nisbətlərinə dünyanın 130-dan çox ölkəsində fərqli yaş qruplarından olan insanları danışdıraraq o nəticəyə gəlib ki, gerçəkdən “xoşbəxtlik əyrisi” deyilən bir mərhələ mövcuddur ki, bu da insanın həyatında ən uğursuz ilinə düşür.

Devid Blançfloverə görə, əlbəttə, bu uğursuz yaş zirvəsi hər bir ölkə bir qədər fərqlidir, ümumiyyətlə isə, demək olar ki, bütün insanlar bu uğursuzluq zirvəsini əlli yaşlarında yaşayırlar.

Buna baxmayaraq, daha dəqiq illər var. Məsələn, Rusiya, Ukrayna, Çin, Polşa üçün bu 48 ilə 49 yaş arasındadır. Ancaq Almaniya, Yaponiya, ABŞ, Kanada və daha çox inkişaf etmiş ölkələr üçün – 47 ilə 48 yaş arasında.

Amerikalı alim iddia edir ki, hər bir insan bu U formalı “xoşbəxtlik əyrisi”ndən keçir. Və bu, fərdin nə sosial, nə də zehni və ya fiziki imkanlarından asılıdır. Məhz həyatın müəyyən dövrlərində insan özünü digərlərindən daha xoşbəxt hiss edir. Bunun kimi bədbəxtliyin də zirvəsi var.

Bənzər yazılar

Back to top button