Bizim seçimGündəmHadisə

Qəhrəman döyüşçümüz vəfat etdi (FOTO)

Qəhrəman döyüşçü Qoşqar Hacıyev dünyasın dəyişib.

Qaynarinfo xəbər verir ki, Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında “Ege” hospitalda vəfat edib.

Qeyd edək ki, Qoşqar Hacıyev 1986-cı ildə doğulub, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Qoşqar Hacıyevin müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, xaricdə də həyata keçirilib. O, ilk dəfə 2016-cı ildə Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə müalicəsi nəzarətə götürülüb. Onu vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə edən həkimlər hazırda Bakıdakı Ege Hospitalında olduğundan, Qoşqar Hacıyev bu xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

Back to top button