İdman

Messi 19 yaşlı Sançoya çatdı

La Liqanın 23-cü turunda “Barselona” səfərdə “Betis”ə 3:2 hesabı ilə qalib gəlib.

Qol.az xəbər verir ki, Kataloniya klubunun hər üç qolunun ötürməsini Lionel Messi verib. Bununla da argentinalı futbolçu hazırkı çempionatda verdiyi qol ötürmələrinin sayını 11-ə (18 oyunda) çatdırıb. O, həmçinin 14 qol vurub.

Bu göstərici ilə Messi Avropanın TOP-5 liqasında qol və qol ötürməsində 10+-ə nail olan ikinci futbolçu olub. Daha əvvəl “Borussiya” Dortmundun 19 yaşlı oyunçusu Ceydon Sanço 19 bundesliqa matçında 12 qol vurmuş və 13 qolun ötürməsini etmişdi.

Bənzər yazılar

Back to top button