Dünya

“Ukrayna çoxdan vəd etdiyi hücuma başlayıb” – Şoyqu

“Ukrayna cəbhənin müxtəlif istiqamətlərində çoxdan vəd etdiyi hücuma başlayıb”.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Ukrayna rejimi üç gün ərzində cəbhənin müxtəlif istiqamətlərində çoxdan vəd etdiyi hücuma başlayıb, lakin heç bir istiqamətdə uğur qazana bilməyib və xeyli itki verib”, – nazir vurğulayıb.

Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin son üç gündə bütün istiqamətlərdə döyüş əməliyyatları zamanı itkiləri 3715 hərbçi və 52 tank təşkil edib.

Bənzər yazılar

Back to top button