Dünya

Türkiyədə 4 günlük komendant saatı tətbiq edildi

2 gün market və mağazalar bağlı olacaq

Ramazan ayının başlanmasına təsadüf edən 23-26 aprel tarixlərində koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində Türkiyənin 30 böyük şəhəri və Zonguldak daxil olmaqla böyük bir ərazisində 4 günlük komendant saatı tətbiq edilib.

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, komendant saatı elan edilən 31 vilayətdə 23-24 aprel tarixlərində saat 09.00-14.00 arasında bazar və marketlər fəaliyyət göstərəcək, vətəndaşlar evlərinə yaxın market və marketlərə gedə biləcəklər. Aprelin 25-i və 26-sı, bazar və şənbə günləri mağaza və marketlər bağlı olacaq.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu məhdudiyyət Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Əskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonguldak vilayətlərinin inzibati əraziləri daxilində yaşayan bütün vətəndaşlara tətbiq edilir.

Vətəndaşlar 23 və 24 apreldə (65 yaşdan yuxarı və 20 yaşdan kiçik olanlar istisna olmaqla) əsas tələbat mallarını almaq üçün nəqliyyat vasitəsindən istifadə etmədən ən yaxın marketlərə və ərzaq mağazalarına (əlil vətəndaşlar istisna olmaqla) gedə bilərlər.

Bənzər yazılar

Back to top button