Cəmiyyət

Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya ərizə qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Qeyd edək ki, 13 fevral saat 10.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi – 12824; rus bölməsi – 1131)ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Bakalavrlar “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.

Bənzər yazılar

Back to top button