Cəmiyyət

Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitablarının Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna təqdimetmə mərasimi keçiriləcək.

İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

Milli Kitabxananın son nəşrləri arasında “Azərbaycan kitabı” çoxcildliyi, “İslam”, “Multikulturalizm”, “Azərbaycanın tarixi abidələri və toponimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan xalçaları”, “Azərbaycan Milli Kitabxanası” və digər biblioqrafiyalar var. Həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyalar da Tarix İnstitutuna təqdim ediləcək.

Tədbir fevralın 19-u saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.

Bənzər yazılar

Back to top button