Cəmiyyət

Martın 1-dək yağıntı olacaq

Fevralın 27-də Bakıda və Abşeronda yağış gözlənilir. Havanın temperaturu gündüz +7+9 dərəcə olacaq.

Ölkə rayonlarında da yağıntı olacaq, dağətəyi rayonlarda intensiv olacaq, dağlarda qar gözlənilir.

Havanın temperaturu aran rayonlarında gündüz +10+15 dərəcə, dağlarda 0 dərəcəyə yaxın olacaq.

Təbii Sərvətlər və Ekologiya Nazirliyinin məlumatına görə, fevralın 26-ı axşamdan martın 1-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq, intensiv yağıntı olacaq. Dağlara qar yağacaq.

Bənzər yazılar

Back to top button