Cəmiyyət

Dünyanın ən tənbəl heyvanı tapılıb (FOTO)

Bu yaxınlarda Macarıstandan olan alimlər tərəfindən qeyri-adi bir müşahidə texnikasından istifadə edərək aparılan tədqiqat nəticəsində Yer kürəsinin ən tənbəl heyvanları müəyyən edilib. Bu tədqiqatla kəşf edilib ki, çox yavaş hərəkət edən heyvanlar arasında məməliləri təmsil edən tənbəldən, suda-quruda yaşayan tısbağadan daha zəif sürəti olan heyvanlar mövcuddur. Ən təəccüblüsü isə odur ki, ən tənbəl heyvan arasında sürünənlər və yırtıcı balıqlar da var.

Məlum olduğu kimi, bir çox heyvan daim doğulduğu yerdə olmağı və ya mütəmadi olaraq oraya qayıtmağı üstün tuturlar. Bioloqların bu davranışı təsvir etmək üçün xüsusi bir termini var – əraziyə sədaqət. Bu davaranış, demək olar ki, bütün növ canlılar, o cümlədən quşlar, balıqlar və insanlar üçün xarakterikdir.

AzToday. az “RİA-Novosti”yə istinadən xəbər verir ki, tədqiqatçılar Balkan yarımadasındakı bir mağarada tədqiq edilən Avropa protey növlərinin salamanderi (Proteus anguinus) bütün rekordları alt-üst edib. Belə ki, kiçik kor salamander yeddi il olduğu yerdən tərpənməyib.

Bu kiçik quyruqlu amfibiyalar Balkan yarımadasının mağara göllərində yaşayırlar. Bütün həyatlarını su altında qaranlıqda keçirirlər, buna görə də dərilərinin və gözlərinin rəngini itirmiş olurlar.
Salamanderləri təbii bir şəraitdə izləmək üçün Budapeşt Universitetinin və Karst araşdırmaları üzrə İngiltərə cəmiyyətinin alimləri dalğıc geyimləri ilə on illər boyu tədqiqat aparmaq məcburiyyətində qalıblar. 2010-2016-cı illər arasında Bosniya və Herseqovinadakı Vrulyak mağarasında 56 nəfəri amfibiya dərilərinin altına polimer sensorlar yerləşdirərək, onları bir neçə metr məsafədən tanımağı asanlaşdırıblar. Sonra növbəti dalışlar zamanı heyvanların yeri yoxlanılıb.

Demək olar ki, bütün proteylər yerlərində otururlar. Onların ən sürətli növü 230 gündə 38 metr hərəkət edib. Tədqiqat müəlliflərinin hesablamalarına görə, onların ildə orta sürəti beş metrdir. Bu amfibiya növlərindən biri 2569 sutka – yeddi il olduğu yerdə oturub.

Avropa proteyləri kordur, lakin yaxşı inkişaf etmiş eşitmə, iybilmə qabiliyyətlərinə və maqnit istiqamətləndirmə sistemlərinə malikdirlər. Onlar gizlənmirlər, bu da təbii düşmənlərin olmaması deməkdir. Mağaraların əksəriyyəti əlçatmaz olduğu üçün bir insan da onlara zərər verə bilmir. Proteylər bir əsrdən çox yaşayır, suda oksigen çatışmazlığına və uzunmüddətli aclığa yaxşı uyğunlaşırlar.
Niyə bu qədər tənbəldirlər? Bu sual alimləri narahat edir. Fərziyyələrdən biri, xüsusi ov üsuluna görə enerjiyə qənaətdir. Salamanderlər kiçik xərçəngkimilərlə qidalanır, illərlə yerində oturur və qidanın yaxınlaşacağını gözləyirlər. Yəqin ki, belə bir strategiya qeyri-müəyyən bir nəticə ilə gündəlik qida axtarışından daha çox təkamüllü hesab edilir.

Bənzər yazılar

Back to top button