Bizim seçimSiyasət

Xocalı soyqırımı ilə bağlı beynəlxalq mətbuatda gedən materiallar erməniləri təşvişə salıb

Rusiya mətbuatında Xocalı soyqırımı ilə bağlı yazılar Ermənistanda ciddi narahatlıq yaradıb. Bu günlərdə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində, “Qazeta.ru”, “Lenta.ru” saytlarında və BBC-nin Rus xidməti, habelə xarici dildə yayım aparan digər aparıcı KİV-də yer alan və Azərbaycanın ədalətli mövqeyini əks etdirən materiallara Ermənistanda hakimiyyətinin əks-tədbir görməməsi ciddi tənqid edilir.

AzToday.az xəbər verir ki, Paşinyan hakimiyyətini fəaliyyətsizlikdə qınayan və əsasən keçmiş iqtidarı təmsil edən qruplar buna qarşı çıxış etmək üçün tələm-tələsik toplantı da keçiriblər. “Aysor.am” saytının yazdığına görə, “Voskanapat” analitik mərkəzi fevralın 26-da “Xocalı – 28: Azərbaycanın təbliğatına qarşı necə mübarizə aparmalı” mövzusunda diskussiya təşkil edib. Həmin tədbirdə çıxış edən politoloq Hrant Melik-Şahnazaryan deyib ki, dünən və bu gün bir sıra beynəlxalq, xüsusən də Rusiya mediasında Azərbaycanın təşkil etdiyi böyük bir anti-erməni təbliğatının şahidi olduq.

O etiraf edib ki, həmin təbliğatın qarşısını bu müzakirəni tələsik təşkil ediblər: “Çünki bir gündə Rusiyanın aparıcı mətbuatında açıq-aşkar təbliğat materiallarının, birtərəfli və erməni amilini çox qara rənglərdə təmsil etdiyini gördük”.

Əslində isə Xocalı soyqırımı ilə bağlı beynəlxalq mətbuatda gedən materiallar erməniləri təşvişə salmasının səbəbi onların ifşa olunmasıdır. Çünki indiyə qədər bu soyqırımı ilə bağlı bir qədər gözləmə mövqeyi tutan bəzi ölkələrdə artıq bu məsələdə ədalətli mövqe sərgilənir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button