Dünya

Putindən koronavirusun ikinci dalğası barədə xəbərdarlıq

Rusiyada ikinci koronavirus dalğası bu payızda – oktyabrdan noyabr ayına qədər mümkündür.

Qaynarinfo Rusiya 24-ə istinadla xəbər verir ki, bu tarixləri Rusiya Prezidenti Vladimir Putin sanitar-epidemioloji vəziyyətə dair iclasda səsləndirib. O, Səhiyyə Nazirliyi və digər sağlamlıq quruluşlarını bu vəziyyətə hazır olmağa çağırıb.

Xatırladaq ki, həmin iclasda Rospotrebnadzor rəhbəri Anna Popova Rusiyanın yeni bir koronavirus infeksiyasının yayılmasını nəzarət altına aldığını bildirib. Onun sözlərinə görə, bütün sanitar tələblərə əməl ediləcəyi təqdirdə vəziyyət pisləşməyəcək.

Bənzər yazılar

Back to top button