Bizim seçimHadisəSiyasət

AZƏRBAYCANSAYAĞI FIRILDAĞIN arxasındakı Azərbaycansayağı şantaj

3 ay əvvəl, daha doğrusu 01 dekabr 2016-cı il tarixındə “Azadlıq” qəzetinin elektron versiyasında “Latviyada Azərbaycansayağı fırıldaq” başlıqlı araşdırma məqaləsi diqqətimizi çəkdi. Həmin yazıda Latviyada Azərbaycan diasporası adı altında fəaliyyət göstərən Adığözəl Məmmədovun Riqa meri Nil Uşakovla sıx əlaqəyə girərək, şəhərdki bahalı layihələrin həyata keçirilməsi üçün keçirilən tenderlərdə qalib gəlməsindən məlumat verilirdi. Yazıda bildiririlirdi ki, özünü Azərbaycan diasporasının önəmli fiquru hesab edən Adıgözəl Məmmədov Latviyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (KNAB) təşkilatı tərəfindən ifşa edilib və həyat yoldaşı Darya Məmmədovanın adına olan şirkətlərin Kremlə yaxın siyasi təşkilatlara maliyyə dəstəyi verib.

Yazıda açıq aşkar Riqada fəaliyyət göstərən azərbaycanlı iş adamının həyat yoldaşı təhqir edilməklə bərabər, Rusiyayönümlü siyasi təşkilatlara maliyyə dəstəyinin verildiyi bildirilirdi. Maraqlıdır ki, bu yazıdan təxminən 3 ay vaxt keçməsinə baxmayaraq “Azadlıq” qəzetinin elektron versiyasında Latviyada başlanan rəsmi araşdırmaların nə ilə bitdiyi və azərbaycanlı diaspora lideri Adıgözəl Məmmədovla bağlı nə tədbir görüldüyü barədə əlavə başqa bir xəbər dərc edilmədi.

Bu istiqamətdə apardığımız araşdırmalalar sonunda məlum oldu ki, sözügedən yazının “Azadlıq”ın saytında dərc olunmasının arxasında məkrli məqsədlər güdülübmüş. Belə ki, həmin yazının müəllifi olaraq göstərilən Rəşad Rüstəmov sadəcə bilərəkdən göstərilən imza olub və həmin ad – soyadda “Azadlıq”ın əməkdaşı yoxdur. Yazı müəyyən dairələr tərəfindən Riqa fəaliyyət göstərən azərbaycanlı iş adamının şantaj olunması məqsədi ilə qəzetə ötürülüb. Və cari məqsəd təmin edildikdən sonra Adıgözəl Məmmədovla bağlı başladılan proseslə bağlı əlavə məlumatlar verilməyib.

Yaşanmış qalmaqal barədəki məqalənin “Azadlıq”da davam etdirilməməsindən qəzet rəhbərliyinin xəbəri olduğuna inanmaq istəmirik. Bununla belə “Azadlıq” kimi media qurumunda adi bir adamın məqaləsinin dərc edilməsi təsadüf ola bilməz. Maraqlıdır ki, Adıgözəl Məmmədovla bağlı qalmaqalda adı hallanan Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov başda olmaqla diaspora ilə bağlı qurumlar da indiyə kimi heç bir münasibət bildirməyiblər.

AzToday.az Riqadakı “Azərbaycansayağı fırıldaq”ın ictimailəşməsinin arxasında hansı sirli əllərin dayanması, saxta imzanın kimliyini və bu məlumatların yerli Azərbaycan mediasında tirajlanmasının hansı səbəbdən baş verdiyini araşdırmaqda davam edirik. Rəsmi qurumların və adıçəkilən şəxslərin də mövqeyini öyrənməyə çalışacağıq.

Bənzər yazılar

Back to top button