Hadisə

Külək dirəyi aşırdı, bir kənd işıqsız qaldı

Xacmazda güclü külək nəticəsində işıq dirəyi aşıb.

Bu barədə Qaynarinfo-ya “Azərışıq” ASC-in mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən rayonun Dədəli kəndinin sakinləri işıqsız qalıb:

“Hazırda qurumun aidiyyatı şəxsləri hadisə yerindədir. Yaxın dəqiqələrdə kəndə elektrik enerjisinin verilməsi bərpa olunacaq”.

Bənzər yazılar

Back to top button