İdman

Kapello: “Ronaldu əsl peşəkar olsa da, maşın deyil. Onun da hissləri var”

Sabiq məşqçi Fabio Kapello “Yuventus” – “İnter” oyunu haqqında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Turin klubunun hücumçusu Kriştianu Ronaldunun anasının səhhətindəki problemlərin oyunçuya təsir etdiyini və bu faktorun matçın gedişində həlledici ola biləcəyini qeyd edib:

“Kriştianu Ronaldu hazırda anasının səhhətindəki problemləri düşünür. O, oyunun gedişatını həll edən oyunçudu. Ronaldu əsl peşəkar olsa da, maşın deyil. Onun da hissləri var. Sözsüz ki, bu situasiya Ronalduya təsir edir.

Məncə, koronavirusla bağlı yaranan fasilə oyuna təsir etməyəcək. “Yuventus” – “İnter” matçı psixoloji nöqteyi-nəzərdən çox önəmli qarşılaşma olacaq.

“Yuventus”un pis oynadığını düşünürəm, amma “İnter”in vəziyyəti daha qəlizdi. Çünki nəticə xeyirlərinə olmasa, Skudetto uğrunda mübarizədən uzaqlaşacaqlar. Bu arada, “Latsio”nu unutmayın. Hazırda onlar möhtəşəmdilər”.

Bənzər yazılar

Back to top button