CəmiyyətDünya

“Nissan” virusun yayıldığı qorxulu Hubeydə fəaliyyətini bərpa etdi

Yapon maşınqayırma korporasiyası Nissan Motor martın 11-də Çinin koronavirusun ən çox zərbə vurduğu Hubey əyalətində istehsalını bərpa edəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bundan əvvəl zavodun fevralın 24-də açılması olsa da, virus təhlükəsi üzündən tətil müddətini uzatmaq qərarı verilib.

Qeyd edək ki, hazırda avtomobil bazarında vəziyyət çətin olaraq qalır. Şirkətin Çindəki satışları 2019-cu ilin eyni dövrü ilə müqayisədə 80% azalıb. Digər firmalar da işlərini qismən və ya tamamilə bərpa edirlər.

Bənzər yazılar

Back to top button