Xəbərlər

Putin “Yandeks” in ofisinə baş çəkdikdən sonra ofis evakuasiya edilib

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də internet-holdinqi “Yandeks” in ofisinə baş çəkdikdən sonra ofis evakuasiya edilib.

Bir məlumata əsasən buna səbəb, yanğınla bağlı həyacan siqnalının işə düşməsi, digər məlumata görə isə bomba qoyulması barədə anonym telefon zəngi olub.

Putin həmin vaxt binada olmayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Rusiya prezidenti sentyabrın 21-də şirkətin 20 illiyi münasibətilə “Yandeks”in ofisinə baş çəkib.

”Vedomosti” qəzetinin məlumatına görə, səfərdə məqsəd diqqəti gənc auditoriyaya yönəltmək olub.

Putinin səfərindən əvvəl Federal Təhlükəsizlik Xidməti-nin əməkdaşları ofisin yerləşdiyi binanı nəzarətə götürüblər, yaxınlıqda yerləşən iki küçədən isə avtomobillər yığışdırılıb.

Bundan başqa mühavizə şirkətin əməkdaşlarından birini ofisə buraxmayıb,onun hansısa “qara siyahı”da olduğu bildirilib.

Bu ilin yazında “Yandeks”i martın 26-da keçirilən korrupsiya əleyhinə kütləvi aksiyaları işıqlandırarkən senzurada günahlandırmışdılar.

Bənzər yazılar

Back to top button