Dünya

Avropa İttifaqından miqrantlara pul təklifi: “Alıb, evinizə qayıdın”

Avropa İttifaqı yunan adalarındakı miqrantlara pul təklif edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının Daxili İşlər Komissiyiyasının üzvü Ylva Cohansson çıxış edib. O, Midilli, Kos, Sisam və İleryos adalarında məskunlaşan 5 min miqranta ölkələrinə qayıdacaqları təqdirdə 2 min avro veriləcəyini vəd edib.

Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi ilə görüşündə bu fikirləri səsləndirən Cohansson verilən pulun miqrantların öz evlərində yeni başlanğıc edə bilməsi üçün xərclənəcəyini deyib. Əlavə edib ki, pul alanlar bir daha geri qayıda bilməyəcəklər.

Bənzər yazılar

Back to top button