Xəbərlər

Əhəd Abıyev məşhur taksi şirkətini aldı

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb.

AzToday.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Aztaksi” adı ilə mesajlar da göndərilir.

Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb.

Bənzər yazılar

Back to top button