Dünya

Koronavirus: Kosmosa uçacaq yeni heyət izolyasiya edildi

Ruslar Anatoli İvanişin və İvan Vaqner, habelə aprel ayında kosmosa yola düşəcək amerikalı Kristofer Kassididən ibarət yeni Beynəlxalq Kosmik Stansiya ekipajı təcrid edilib.

Qaynarinfo xəbər verir ki, Kosmonavt Təlim Mərkəzinin (KTM) məlumatına görə, astronavtlarla digər insanlar arasında əlaqə minimuma endirilib.

KTM həmçinin, Baykonura gediş-gəlişi təmin edən işçilərin “xəstəliklərə görə hər gün yoxlanıldığını” bildirib.

Bundan əvvəl bildirilib ki, koronavirusun yayılması səbəbindən Soyuz MS-16-nın ekipajı və onların əvəzedici heyətinə ulduz şəhərciyini tərk etmək qadağan edilib.

Bənzər yazılar

Back to top button