Dünya

Sobyanin: “Moskvada gündə 10 min koronavirus testi aparılacaq”

Yeni koronavirusun yayılması ilə bağlı vəziyyətə nəzarət edən Moskva əməliyyat qərargahı şəhər laboratoriyalarında gündə bu infeksiya ilə bağlı əvvəlkindən təxminən iki dəfə çox – 10.000 test aparılacağını bildirib.

Qaynarinfo xəbər verir ki, yoxlamaların sayı barədə məlumatı Bələdiyyə başçısı Sergey Sobyanin açıqlayıb. “Biz bu gündən başlayaraq, bir həftə içində – həftənin sonuna qədər təxminən 10 min laboratoriya testi keçirəcək 9 güclü şəhər laboratoriyasını açırıq”, – mer deyib.

Paytaxt meri vurğulayıb ki, “Rospotrebnadzor” laboratoriya sisteminə daxil olan diaqnostika stansiyalarının gecə-gündüz işlədiyinə baxmayaraq, onların 10 milyonluq Moskva üçün imkanları yetərli deyil. Səhiyyə şöbəsinin baş mütəxəssisi Aleksandr Tsibinin sözlərinə görə, buna qədər şəhərdə polimeraza zəncirvari reaksiya (PCR) metodundan istifadə edərək COVID-19 üzərində tədqiqat aparan 24 laboratoriya olub.

Xəbər verildiyi kimi, ötən gün Moskvanın 33 sakinində koronavirus aşkar edilib. Bələdiyyə sədrinin müavini Anastasiya Rakovanın sözlərinə görə, şənbə günü məlumatlarına əsasən, koronavirus xəstəsi olan 8 nəfər artıq evə buraxılıb.

“Rospotrebnadzor”un məlumatına görə, koronavirus şübhəsi səbəbindən ölkə daxilində 36 min 540 nəfər tibbi nəzarət altında qalır. Əməliyyat Qərargahı Rusiyada yeni virusun 253 daşıyıcısının olduğunu bildirib.

Bənzər yazılar

Back to top button