Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə hazırlaşır.
“Qaynarinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, səfərin 4 oktyabr 2017-ci ildə baş tutması planlaşdırılır.
Türkiyə prezidenti səfər çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüş zamanı regiondakı problemlərin, Suriya və İraqdakı vəziyyətin müzakirəsi gözlənilir.