Digər

Vəfa Əlizadə: “Azərbaycanı sivil dünyadan təcrid etmək istəyirlər”

“Korrupsiyaya qarşı Mübarizə və İnsan Hüquqları İnstitutu”nun sədri Vəfa Əlizadə ilə Azərbaycandakı vətəndaş cəmiyyətinin vəziyyətini müzakirə etdik.

AzToday.az Vəfa Əlizadə ilə müsahibəni təqdim edir:

Məlum olduğu kimi, hakimiyyətin QHT-lərə qarşı sərt siyasəti müşahidə olunur. Baş verənləri nece necə qiymətləndirirsiniz?

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

– Son illər dediyiniz kimi müstəqil QHT-lərə qarşı təzyiqlərə başlanılıb. Bu da təsadüf deyil. 2013-cü ildən hakimiyyət qanuvericilikdə dəyişiklik etməklə buna zəmin yaratmış oldu. Onsuzda vətəndaş cəmiyyətlərinin çoxlu hüquqi problemləri vardı. Belə ki, QHT-lər Azərbaycanda formalaşmağa başladığı gündən onlar üçün yaradılmış hüquqi və bürokratik problemlərlə üz-üzə idi. Qeydiyyat məsələlərində və layihələrin həyata keçirilməsindəki süni əngəllər ciddi problemlər yaradırdı. Həmçinin QHT ilə bağlı qanunvericiliyə tez-tez edilən mürteci dəyişikliklər vətəndaş cəmiyyəti nümayəndələri üçün məhdudiyyətlər qoyurdu. Sonuncu dəyişiklər isə birbaşa olaraq müstəqil QHT-lərin sıradan çıxarılmasına hədəflənib. Son 1 ildə qrantların qeydiyyata alınması ilə bağlı edilən dəyşikliklər və bankların qeydiyyata alınmayan qrantlarla bağlı əməliyyata aparmaması, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində başlanan məlum cinayət işləri yüzlərlə QHT-nın sorğuya çəkilməsi, demokratiya və insan haqları sahəsində çalışan bəzi QHT rəhbərlərinin həbs olunması, çoxlarının bank hesabının dondurulması və ölkədən çıxışına qadağa qoyulması, ofislərinn bağlanması, sənədlərinin və avadanlıqlarının götürülməsi vətəndaş cəmiyyətinə sarsıdıcı zərbə vurdu. Gördüyünüz kimi müstəqil QHT-lrin fəaliyyəti iflic edilib. Təəssüf ki, bütün bunlar Azərbaycanın Avropa Şurasına sədrliyi zamanı baş verdi. Hakimiyyət beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə faktiki olaraq əməl etmir. Vətəndaş cəmiyyətinə təzyiqlərin dayandırılması ilə bağlı beynəlxalq təşkilatların müraciətlərinə belə cavab vermir.

– Mövcud durumu dəyişmək üçün QHT-lər nə edə bilər?
– Sivil dünyada hakimiyyətlər vətəndaş cəmiyyəti təşkilatları ilə sıx bir şəkildə çalışaraq cəmiyyətdəki problemləri həll etməyə səy göstərir. Ancaq Azərbaycan hakimiyyəti mahiyyətinə uyğun siyasət aparır. Qurama təşkilatlar yaradır və bununla imitasiya edir. Vətəndaş Cəmiyyətinin əsas məqsədi xalq və dövlət arasında olan problemləri analiz edir, bu problemlərin həlli üçün çalışır və dövlətin də bu problemin həlli üzrə apara biləcəyi fəaliyyət barədə təkliflər paketi hazırlayıb təqdim etməkdir. İctimai şüurun formalaşmasında, dövlət əhəmiyyətli qərarların alınmasında, sosial problemlərin həllində, dövlət-xalq münasibətlərinin tənzimlənməsində əvəzedilməz xidməti olan vətəndaş cəmiyyəti sivil ölkələrin ictimai həyatında böyük rol oynayır.
İndiyə kimi QHT-lər ölkədə çox böyük işlər görüblər. Bunu hətta hakimiyyət rəsmiləri də danmır. Artıq AHt-lərin belə fəaliyyti onları qane etmir. Sualınıza cavab olaraq onu deyim ki, mövcud vəziyyətin dəyişmsi üçün QHT-lərin edə biləcəyi çox az iş var. Çünki siyasi konyuktura buna adekvat deyil. Bir-iki müstəqil media qurumu qalıb. Onlara da böyük təzyiqlər var. Cəmiyyə də baş verənlərə laqeyd yanaşır. Belə vəziyyətdə biz nəsə etməyə çalışırıq. Ancaq atdığımız addımların effekti azdır. Çoxlu müraciətlər edirik, etirazlarımızı bildiririk. Amma xeyri yoxdur. Hakimiyyətin içindəki bəzi qüvvələr sanki bu prosesdə katalizator rolunu oynayır. Və Azərbaycanı sivil dünyadan təcrid etmək istəyirlər. Yenə ümid beynəlxalq təşkilatlara qalıb. Əgər beynəlxalq təşkilatlar təzyiqləri sərtləşdirsə, onda hakimiyyət geri çəkilə bilər…

Bənzər yazılar

Back to top button