Siyasət

Mehdi Mehdiyev Hökməli qəsəbəsində seçicilərlə görüş keçirib (FOTO)

50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyev seçicilərlə görüşünü davam etdirir.

04.02.2020-ci il tarixində Höküməli kəndində seçicilərlə görüş keçirmişdir.

Görüş zamanı Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış edərək seçicilərə seçki platforması haqqında geniş məlumat verdi.

Mehdi Mehdiyev, həmçinin öz çıxışında Cənab Prezident İlham Əliyevin apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğu kimi millət vəkili kimi də bu siyasəti dəstəkləyəcəyini bildirdi.

Mehdi Mehdiyev hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəklərini və müntəzam olaraq seçicilərlə əlaqə saxlayacağına söz verdi.

Daha sonra kənd sakinləri çıxışlarında Mehdi Mehdiyevi dəstəklədiklərini və ona səs verəcəklərini bildirdilər.

Tədbirin sonunda Mehdi Mehdiyev deputat seçildiyi təqdirdə daima onların problemlərinin həlli istiqamətində Milli Məclisdə təkliflərlə çıxış edəcəyini bildirmişdir.

Pia.az

Bənzər yazılar

Back to top button