Siyasət

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı səfirliyi 8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmətlə yad edir, qazilərə şəfa diləyirik. Zəfər Günün mübarək olsun, Azərbaycan!”.

Bənzər yazılar

Back to top button