Siyasət

Paşinyan hər gün Putinə zəng edir və…

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 2-də Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə eiblər.

“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutdu. Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin müzakirəsi davam etdirilir ”, Kremlin məlumatında deyilir.

Vladimir Putin, ATƏT-in Minsk Qrupu Həmsədrləri (Rusiya, Fransa, ABŞ) Prezidentlərinin 1 Oktyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq, dərhal hərbi əməliyyatların dayandırılması və münaqişənin həlli üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini təkrarlayıb.

Müxtəlif formatlarda əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.

yenisabah.az

Bənzər yazılar

Back to top button