Bizim seçimDünyaGündəmSiyasət

Ermənistan Türkiyəyə ittihamlarla cavab verdi: Yardım üçün Ankaraya müraciət etməyib?

Bunu inkar edən A.Nağdalyan Türkiyə tərəfini humanitar əməkdaşlıq mühitinin formalaşmasına qarşı çixmaqda ittiham edib

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bildirib ki,Ermənistan, xüsusən də yeni bir növ koronavirus epidemiyasının yayıldığı ölkələrdən çətin vəziyyətdə vətəndaşlarının geri qaytarılması üçün ardıcıl səy göstərir:

“Bu kontekstdə qeyd etməliyəm ki, Türkiyədə olan və qayıtmaq arzusunu bildirən 73 vətəndaşımızın cümə günü artıq Ermənistana daşınması həyata keçirilib. Bu məsələ ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi dairələri Türkiyə və Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlıq edib”.

Ermənistan XİN sözçüsünün sözlərinə görə, ölkəsinin Türkiyə tərəfi ilə əməkdaşlığı yalnız bu çərçivə ilə məhdudlaşıb və Ermənistan bu çərçivədən kənar heç bir dəstək istəməyib. Yəni Ermənistan tərəfindən yardım üçün Türkiyəyə müraciət edilməyib.

Anna Nağdalyan, eyni zamanda, Ermənistanın Türkiyə tərəfindən davam etdirilən quru blokadası və diplomatik münasibətlərin olmaması şəraitində iki ölkə arasında qarşılıqlı fəaliyyət imkanlarının əhəmiyyətli dərəcədə məhdud olduğunu və həqiqi xoş niyyət və inamın qurulmasını tələb etdiyini bildirib, buna görə Türkiyə tərəfini günahlandırıb:

“Təəssüf ki, Türkiyə tərəfinin koronavirusla mübarizə kontekstində verdiyi bəzi açıqlamalar qeyri-siyasi və humanitar əməkdaşlıq mühitinin formalaşmasına kömək etmir. Xüsusilə təəssüf doğuran hal, üçüncü tərəfin Ermənistana verdiyi yardımla, habelə xalqların dostluğu və milli rəmzlərlə bağlı hörmətsizlik və yersiz siyasiləşmədir”.

A.Nağdalyanın Türkiyənin üçüncü tərəfin yardımına etirazına gəlincə, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyədəki Çin səfirini çağıraraq Ermənistana göndərilən tibbi yardım qutularındakı yazı ilə əlaqədar Çindən izahat tələb etmişdi.

Xatırladaq ki, yardım qutularında ingilis və Çin dillərindəki qutularda, “Dostluğumuz Ararat (Ağrı) dağından yüksək və Yantszı çayından daha uzun olsun” yazılmışdı.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button