Cəmiyyət

Karantin rejimi uzadılacaq? – Professorun şərhi

“Aprelin 20-də karantin rejminin götürülməsi vəziyyətdən asılı olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, əgər epidemioloji vəziyyət bugünkü xətt üzrə müşahidə olunarsa, o zaman karantin rejmi götürülə bilməz:

“Mən bununla bağlı sözümü demişəm. Aprelin 20-nə kimi virusun yayaılmasında müəyyən artım olacaq. Aprelin 20-dən sonra isə proses enən xətt üzrə gedəcək. May ayında isə azalma olacaq. Bu, həm də insanların karantin rejminə nə dərəcədə əməl etmələrindən asılıdır. Rejm kifayət qədər ciddi olmalıdır”.

Bənzər yazılar

Back to top button