Dünya

Yeni Çernobıl təhlükəsi sovuşdu, yanğın aradan qaldırıldı

Çernobıl ərazisindəki yanğın aradan qaldırılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəisi Nikolay Çeçetkin ölkə prezidenti Vladimir Zelenskiyə verdiyi hesabatda bildirib.

Çürümüş ot örtüklərinin söndürülməsi üçünsə daha bir neçə gün çəkəcəyi bildirilir.

Onun sözlərinə görə, Çernobıl AES-də, eləcə də təcrid zonasında radiasiya fonunda hər hansı bir dəyişiklik aşkar edilməyib.

Bundan əvvəl yanğınsöndürənlərin Çernobıl təcrid zonasında yanğını dayandıra bildikləri məlum olub. Bunu etmək üçün təxminən 110 kilometrlik baraj zolaqları yaradılıb.

“Strana.ua” qeyd edib ki, yanğının söndürülməsinə yağış da kömək edib.

Bənzər yazılar

Back to top button