Dünya

Pompeo: “Koronavirusu yayan ölkə məsuliyyətə cəlb olunacaq”

Koronavirusun yayılmasında günahkar olanlar məsuliyyətə cəlb ediləcək. Ancaq ilk növbədə iqtisadiyyatın bərpa olunmasına diqqət yetirmək lazımdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri BİLD TV-yə müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib. Müsahibənin mətni Dövlət Departamentinin saytında yerləşdirilib.

“Nə baş verdiyini hamımızın başa düşməyimiz və bu işdə günahkar olanların məsuliyyətə cəlb olunacağına əmin olmağımız üçün vaxtımız olacaq”, – Amerika diplomatiyasının rəhbəri deyib. Onun sözlərinə görə, Amerika öncə öz iqtisadiyyatının, daha sonra dünya iqtisadiyyatının yenidən canlanmasını təmin edəcək sistemlərin yaradılması məsələsinə diqqət yetirəcək.

Pompeo Vuhanda ortaya çıxan yeni virus haqqında Çinin dərhal məlumat vermədiyindən təəssüfləndiyini bildirib. O, hesab edir ki, bu vəziyyətin təkrarlanmaması üçün virusun necə və haradan yayılmağa başladığını müəyyənləşdirmək vacibdir.

Bundan əvvəl Con Hopkins Universiteti bazar ertəsi üçün ABŞ-da koronavirusdan ölənlərin sayının 1509 olduğunu bildirib. Ümumilikdə, ölkədə 682 619 yoluxub, onlardan 23 529 nəfəri vəfat edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button