Bizim seçimCəmiyyətİqtisadiyyatManşet

Kəmaləddin Heydərov Kitab şəbəkəsi yaradır

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni bines sahəsinə qədəm qoyub.
“Qaynar”ın əldə etdiyi məlumata görə, nazir ərzaq, turizm, kənd təsərrüfatı, bankçılıq, pambıqçılıq, tikinti, təhsil və başqa bizens sahələrinin ardınca kitab biznesinə başlayıb. Məlumatda bildirilir ki, Heydərov müxtəlif adlarda nəşriyyatlar yaratmaqla ölkədə bütün sahələrdə nəşr edilən kitabları öz nəzarəti altına alır.
Məqsəd özəl nəşriyyatları sıxışdırıb bazardan çıxartmaqla bir mərkəzdən idarə olunan nəşriyyatlar yaratmaqdı. Artıq nazirin nəzarətində olan TEAS, 3 ALMA və AZBOOK nəşriyyat evləri yaradılıb.
Kəmaləddin Heydərov nəşriyyat evləri ilə yanalı, yeni kitab satışı şəbəkəsi də yaradır. İlk belə mağaza Bakı Hava limanında fəaliyyətə başlayıb. Məlumata görə, Bakıda böyük gipermarketlər kimi fəaliyyətə başlayan BRAVO-ların böyük hissəsini yeni kitab şəbəkələri tutacaq. BRAVO Ukrayna dairəsinə yaxın, köhnə Nargilə kafesinin yanında növbəti gipermarketini açmağa hazırlaşır. Ondan sonra isə isə 20 yanvar metrostansiyasının yaxınlığından, köhnə Avtovağzal ərazisində gipermarket açılacaq.
Kəmaləddin Heydərovun kitab mağazaları əsasən köhnələri ləğv etməklə onların yerində fəaliyyət göstərəcək. Artıq bu yöndə ilk addımlar atılıb. Nazirin böyük alış-veriş mərkəzlərində fəaliyyət göstərən “Əli və Nino” kitab satış mərkəzlərinin yerində öz mağazalarını açmaq məqsədi ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, “Əli və Nino”nun çox sayda işçisi artıq Kamaləddin Heydərovun kitab şəbəkəsinə transfer olunub.
Yeni yaranan mərkəz xaricdən gələn kitabları da nəzarətə götürür. Belə ki, Türkiyə və Rusiyadan gələn kitabların vahid satış bazası formalaşdırılır. Bu isə da o deməkdir ki, adıçəkilən ölkələrdən gələn kitablara gömrükdə ciddi əngəllər yaradılır.

Bənzər yazılar

Back to top button