GündəmHadisə

“Mən kommersiya sirrini yox, korrupsiya faktını yaymışam”

“Mən kommersiya sirrini yox, korrupsiya faktını yaymışam”. Bu sözləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəisi Taleh Ziyadovun hədəfinə gələn Anaxeber.az saytının baş redaktoru Azər Talıbov deyib. Məlumat üçün deyək ki, artıq bir müddətdir Taleh Ziyadov Azər Talıbovun həbsinə çalışır. Səbəb baş redaktorun Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən maliyyə əməliyyatları barədə sensasion materiallar dərc etməsidir.

Taleh Ziyadov həmin materiallarda əks olunan faktlara aydınlıq gətirmək əvəzinə Azər Talıbovdab Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Onun şikayəti əsasında baş redaktor barəsində kommersiya sirrini yaymaqla bağlı (?) cinayət işi başlanıb. Azər Talıbov bu ittihamın absurd olduğunu bildirir: “Əvvəla, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dövlət qurumudur, şəxsi kommersiya obyekti deyil. Dövlət qurumlarının fəaliyyətində şəffaflıq ən ümdə şərtdir. İkincisi, mən qurumda baş verən korrupsiya əməliyyatları barədə faktlar dərc etmişəm. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bunu araşdırmalıdır. Amma təəssüf ki, bunun əksi baş verir”. Baş redaktorun sözlərinə görə, Taleh Ziyadovun addımları onu deməyə əsas verir ki, o, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını şəxsi təsərrüfatı hesab edir: “Bu Azərbaycan məmurları üçün səciyyəvi xüsusiyyətdir. Sanki rəhbrəlik etdikləri qurum onların şəxsi obyektləridir. Bu adamlar hesab edir ki, İlham Əliyev bu qurumları onlara hədiyyə edib. Dövlət, dövlət əmlakı, şəffaflıq bu adamlara, o cümlədən Taleh Ziyadova yaddır”. Azər Talıbov deyir ki, Taleh Ziyadov onu həbs etdirməyə çalışmaqla jurnalistlərin gözünü qorxutmaq məqəsədini güdür: “Lakin məqsədinə nail ola bilməyəcək. Həbs bahasına olsa da onun fəaliyyəti barədə jurnalist araşdırmalarım davam edəcək. Mən həbsdən qorxmuram və buna görə narahat da deyiləm. Əksinə Taleh Ziyadov narahat olsun ki, bu özfəaliyyət ona baha başa otura bilər. Hər halda biz jurnalist həbslərinin ən yüksək səviyyədə razılıq olmadan həyata keçirilmədiyi bilirik. Jurnalist həbs etdirmək Taleh Ziyadovun gücü çatacaq iş deyil. Bu işlə məşğul olanlar Talehi Ziyadovu vəzifəyə təyin edənlərdir. Ki, onlar da bir məmurun kaprizinə görə bu addımı atmazlar. Hər halda mən belə düşünürəm”.

Bənzər yazılar

Back to top button