Dünya

Koronavirus ABŞ əhalisinin 40 faizini işsiz qoydu

Pew Araşdırma Mərkəzinin keçirdiyi ictimai rəy sorğusuna görə, sorğuda iştirak edən 10 amerikalıdan ən azı 4-ü koronavirus pandemiyası səbəbindən maaşlarının bir hissəsinin kəsildiyini və ya işlərini itirdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 28%-i iş yerlərini itirib və ya virusun yayılması səbəbindən işdən azad edilib, respondentlərin üçdə biri isə əmək haqqının azaldığını bildirib. Sorğuda iştirak edənlərin 43%-də iki problemdən biri mütləq olub.

Tədqiqat həmçinin hər 10 latın amerikalıdan 6-nın maaşlarını və ya iş yerlərini itirdiyini üzə çıxarıb. 18-29 yaş arası amerikalıların yarısından çoxu, 30 ilə 49 yaş arasında olanların yarısı isə maaşının bir hissəsini və ya işlərini itirib.

Rəyi soruşulanların yarısından çoxu (53%) pandemiya ilə əlaqədar fövqəladə vəziyyət zamanı üç ay ərzində xərclərini ödəmək üçün kifayət qədər əmanətlərinin olmadığını söyləyib.

Ümumilikdə sorğuda 4.9 mindən çox insan iştirak edib.

Bənzər yazılar

Back to top button