Hadisə

Polisə sənədini vermək istəmədi, həbs edildi

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə AzToday.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.

Bənzər yazılar

Back to top button