DünyaManşet

İqtisadçıdan Putinə xəbərdarlıq: “Qəddafinin taleyinə həsəd aparacaqsınız”

İqtisad elmləri doktoru, “Azad düşüncə” jurnalının baş redaktoru Mixail Delyaqin Dövlət Dumasının deputatı Oleq Paxolkovun baş redaktor olduğu “bloknot.ru” saytına açıqlamasında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək belə deyib:

“Vladimir Vladimiroviç, başa düş ki, ölkəni modernləşdirməzsən. yeyiləcəksiniz. Hətta öldürülməyəcəksiniz, yeyiləcəksiniz. Bu anda Qəddafinin taleyinə həsəd aparacaqsınız. Mən Sizi təhdid etmirəm”.

Rusiya prezidentinin hakimiyyətdən devriləcəyi, bu zaman qan tökülməsindən qaçmaq mümkün olmayacağı haqqında siyasətçilərin, politoloqların və iqtisadçıların açıqlamaları artmaqdadır. Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması iqtisadiyyatı neft və qazın ixracı üzərində qurulmuş Rusiyada iqtisadi vəziyyətin uçuruma yuvarlanmasına səbəb olub. İşsizlərin və yoxsulların sayı həndəsi silsilə ilə artır.

Rusiyanın nüfuzlu nəşrlərindən olam “Nezavisimaya qazeta”nın baş redaktoru, professor Konstantin Remçukov bir ay sonra işsizlərin sayının 20-25 milyona çatacağı haqqında xəbərdarlıq edib. Bu fikri bir çox iqtisadçılar da bölüşür və əlavə edirlər ki yaxın aylarda yoxsulların sayı 45-50 milyona çatacaq.

Sosiloqlar isə işszilərin sayının kəskin artmasının çinayətkarlığın həndəsi silsilə ilə artacağı, soyğunçuluq, oğurluq, qarət və qətllərin kütləviləşəcəyi haqqında xəbərdarlıq edirlər.

Politoqlar isə işsizlərin sayının kəskin artması nəticəsində kriminogen vəziyyətin nəzarətdən çıxacağı, hakimiyyət təmsilçilərinin hədəfə çevriləcəyi ilə bağlı açıqlamalarla çıxış edirlər.

Son zamanlara kimi mötədil mövqeyi ilə seçilən nüfuzlu ekspertlərin açıqlamalarında müşahidə olunan kəskinləşmə Rusiyanın çox ciddi sarsıntılar ərfəsində olduğunu göstərir. Böyük və təhlükəli qonşumuzda baş verən proseslərin ölkəmizə təsirsiz qalmadığını nəzərə alaraq, Rusiyada baş verən prosesləri diqqətlə izləməliyik.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button