Hadisə

15 mühafizəçisi olan icra başçısı kimdir? – təfsilat

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu 15-ə yaxın mühafizəçi və onu 5-6 bahalı avtomobildən ibarət kortej müşayiət edir. Bu barədə istiqlal.az-a Sumqayıtdakı mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, Z.Fərəcov mühafizəçilərinin əhatəsində tikintiləri yoxlayır: Merin qeyri-rəsmi göstərişinə görə, şəhərdəki bütün tikintilər onunla razılaşdırılmalıdır. Hər tikinti işinə görə də qeyri-rəsmi ödənişlər müəyyən edilib. Hətta bu yaxınlarda aprel şəhidlərindən birinin ailəsi icra hakimiyyəti ilə razılaşdırmadan binalarının önünə vurulan xatirə lövhəsi də sökülüb. Yalnız Prezident Administrasiyası və Müdafiə Nazirliyinin müdaxiləsindən sonra lövhə bərpa edilib”.

Bənzər yazılar

Back to top button