Dünya

Ərdoğanı tənqid edən jurnalisti 3 ilə qədər həbs cəzası gözləyir

Fatih Portakalın Prezident Ərdoğanın çıxışına istehza ilə yanaşması onun haqqında cinayət işi açılmasına səbəb olub

İstanbul Baş Prokurorluğu, “Tekalif-i Milliye”-ni xatırladan “twitter” mesajında Bankçılıq Qanununun 74-cü maddəsini (“Etibarın qorunması”) pozduğuna görə “FOX-xəbər”in aparıcısı, jurnalist Fatih Portakala qarşı ittiham elan edib. Baş Prokurorluq Portakalın sosial mediada paylaşımının əmanətçilərin və ya banklarda əmanətçilərin pullarının koronavirus epidemiyası bəhanəsi ilə dövlət tərəfindən tələb oluna biləcəyi və bunun baş verdikdən sonra geri qaytarıla biləcəyi barədə bir fikir və rəy yaratmaq məqsədi daşıması kimi qiymətləndirib.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın koronavirusla mübarizə çərçivəsində başlatdığı “Biz özümüzə kifayət edərik, Türkiyəm” kampaniyasının təqdimatında “Tekalif Milliyə” bənzətməsi etmiş, Ərdoğanın bu sözləri ictimaiyyətdə çox müzakirəyə səbəb olmuşdu.

AzToday. az xəbər verir ki, mövzu ilə əlaqədar sosial media hesabında, “Tweeter”də “Tekalifi Milliye” və “Çətin günlərdən keçirik” xatırladaraq “əmanətləri və depoziti olanlardan pul istəməsələr, yaxşı olar! Koronadan sonra ödəyəcəyik deyə bilərlər! Təəssüf ki, bu mümkün olmayacağını söyləyə bilmərəm” ifadəsinə görə “FOX TV”nin əsas xəbər aparıcısı Fatih Portakal barəsində istintaq işi açılıb.

İstintaqı tamamlayan İstanbul Baş Prokurorluğu Fatih Portakalın Bankçılıq Qanununu pozduğuna görə bir ildən üç ilə qədər həbs cəzası istəyir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button