CəmiyyətGündəmXəbərlər

Təhsil İdarəsi müəllimlərə xəbərdarlıq etdi – VİDEO

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllim peşəsi ən şərəfli, ən məsuliyyətli peşələrdəndir. Təbii ki, bu adı şərəflə daşıyan təhsil işçilərinin sayı ümumi təhsil sahəsində çoxluq təşkil edir. Lakin təəssüfedici haldır ki, bəzən mənfi hallarla da qarşılaşırıq”.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.
“Mən bütün müəllimlərə üzümü tutaraq demək istəyirəm ki, çalışdıqları müddətdə bu adın şərəfini, məsuliyyətini ləyaqətlə daşısınlar və mənfi halların baş verməsinə, müəllim peşəsi ətrafında mənfi fikirlərin formalaşmasına şərait yaratmasınlar. Ümumiyyətlə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasını ciddi tələb edir və buna nəzarət edir. Mənfi hallar baş verdikdə idarə tərəfindən qanunvericilik çərçivəsində çevik addımlar atılır və bundan sonra da belə olacaq”, – BŞTİ-nin müdiri qeyd edib.

Bənzər yazılar

Back to top button