Dünya

Hakimiyyət Nikol Paşinyanın əlindən çıxır

Ermənistan mətbuatı baş nazirin ölkəyə nəzarət edə bilmədiyini yazır

AzToday.az “Aysor.am” saytına istinadən xəbər verir ki, ölkənin aparıcı qəzetlərindən olan “İrates” yazır ki, artıq Ermənistanda hakimiyyətin mövcudluğu şübhə altındadır:

“Paşinayn artıq öz komandasında birliyi belə təmin edə bilmir, hakimiyyətin müxtəlif qolları arasındakı gərginlik zirvəyə çatır, ölkədə kölgə hökuməti fəaliyyət göstərir və hüquq-mühafizə sistemi uydurma cinayət işlərinə istədiyi kursu vermək iqtidarında deyil”.

“İrates” qəzeti yazır ki, bu vəziyyətdə Paşinyan köməyinə gələn yeganə silah əvvəlki hökumətdən hər şeyi son qəpiyinə qədər ələ keçirmək üşün bu yaxınlarda “Hüquqi paket” hazırlanması planıdır:

“Mənbələrimizə görə, ictimaiyyətin diqqətini ölkədəki çətin vəziyyətdən yayındırmaq üçün Paşinyan tezliklə öz sevimli metodundan istifadə edəcək. Cinayət işlərinin növbəti mərhələsi müxtəlif keçmiş məmurlara qarşı ünvanlanacaq”.

Bununla yanaşı, qəzet yazır ki, hüquq-mühafizə sisteminin yalnız Paşinyanın göstərişləri əsasında cinayət işi açmaq üçün artıq gücsüz olduğunu görmək olar, bütün ümidlər Paşinyan və onun mətbuat katibinin dedi-qodu söhbətləri səviyyəsində ifadələrinə qalıb: “Təsəvvür edin, baş nazirin mətbuat-katibi “öz mənbələri”nə istinadən rəsmi açıqlama verir”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button