Dünya

Lukaşenko ÜST-ün tələbini vecinə almır: 9 Mayda kütləvi tədbir

Belarusiya Prezidenti Aleksandr Lukaşenko digər dövlət başçılarını Qələbə günü Minskə gəlməyə dəvət edib.

Qaynarinfo xəbər verir ki, o, bunu media nümayəndələri ilə söhbət zamanı söyləyib.

“Belta”nın məlumatına görə, Belarus lideri Qələbənin 75 illik yubileyi üçün Belarusun paytaxtında bir araya gəlməyin ən doğru addım olacağına inanır:

“Mən açıq şəkildə dövlət başçılarını, hətta keçmiş İttifaqı Minskə dəvət edirəm”.

Lukaşenkoya görə, Böyük Vətən Müharibəsi zamanı Belarusiya “yer üzündən silinib”. O, nasist Almaniyasından zərbə alan ilk respublikanın Belarus olduğunu xatırladıb.

“Bu, ən çox ziyan görən respublikadır – müharibənin canlı bir abidəsidir”, – o deyib.

Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq Belarus hakimiyyətinin 9 Mayda parad keçirmək planlarından narahatlığını ifadə edib. Qeyd olunur ki, ictimai tədbirlərdə yaşlı insanlar xüsusilə risk altına düşəcəklər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button