Dünya

Boeing 737 uçuş zolağında adamı vurub öldürdü

ABŞ-ın Texas əyalətindəki Ostin-Berqstrom hava limanında Southwest Airlines aviaşirkətinintəyyarəsi enmə zolağında gəzən bir nəfəri vuraraq həyatına son qoyub.

Qaynarinfo CBS News-a istinadən xəbər verir ki, kişi mülki geyimdə olub, üstündə heç bir sənəd tapılmayıb. Ayrıca, mərhumun əynində enmə zolağında hər kəsin geyməli olduğu xüsusi gödəkçə də olmayıb. Buna görə pilot Boeing 737-nin qarşısındakı adamı vaxtında görə bilməyib.

Qeyd olunur ki, eniş zamanı pilot adamı vurmamaq üçün manevr etməyə çalışsa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb. Təyyarə yüksək sürətlə hərəkət edib. Təcili yardımdan sonra zolaq təyyarələrin qəbulu üçün bağlanıb.

Bənzər yazılar

Back to top button