İqtisadiyyatManşetSiyasət

İqtisadçı alimdən Türkiyə ilə bağlı əhəmiyyətli təklif

“Pandemiyaya baxmayaraq, 2020-ci ildə Türkiyə iqtisadiyyatında 1,8 faiz artım qeydə alındı. Türkiyə ötən il G20 ölkələri arasında Çindən sonra iqtisadiyyatını böyütməyi bacaran ikinci ölkə oldu. Türkiyəni dünyada ən böyük 10 iqtisadiyyata malik ölkələrdən birinə çevirmək üçün gecə-gündüz çalışırıq. İşimizin əsas mahiyyəti ölkə iqtisadiyyatını sərmayə qoyuluşunu, ixracımızı artırmaqdır.”

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni iqtisadi islahatlar paketinin təqdimatı mərasimində bildirib.

Türkiyə prezidentinin fikirlərini şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, güclü və sürətli inkişaf edən iqtisadiyyata malik Türkiyə Azərbaycana da çox lazımdır:

” Dağlıq Qarabağ probleminin tam həlli də bundan asılıdır. Odur ki, biz Azərbaycan olaraq qapılarımızı indidən Türkiyə kapitalının, texnologiyasının və məhsullarının üzünə açmalıyıq”.

İqqtisadçı bu məqsədlə aşağıdakıları təklifləri edib:

1) 2022-ci ildən istehsalına başlanılacaq Türkiyənin milli avtomobilinin Azərbaycan bazarına girişi iki ölkə arasında bu günlərdə qüvvəyə minmiş Preferensial Ticarət Sazişi (PTS) çərçivəsində tənzimlənsin. PTS hələ ki, 15 adda mal və məhsulu əhatə edir. Türk avtomobilləri hesabına Azərbaycan avtomobil bazarı yeniləşdirilsin.

2) Türkiyənin kənd təsərrüfatı şirkətləri üçün işğaldan azad olmuş ərazilərdə sərmayə qoyuluşu təşviq olunsun. İşğaldan azad edilmiş ərazilərdə türk kapitalı ilə əmək tutumlu tarım təsərrüfatları və türk texnologiyalı emal sənayesi müəssisələri yaradılsın.

3) İşğaldan azad edilmiş ərazilərdə Türkiyənin trikotaj tekstil fabrikləri qurulsun. Bu fabriklərdə istehsal olunan mallar Azərbaycan məhsulu adı ilə rüsumsuz olarar MDB dövlətlərinin, xüsusilə də Rusiyanın bazarına ixrac olunsun. Hesab edirəm ki, belə əməkdaşlıq həm Türkiyə və həm də Azərbaycan üçün qarşılıqlı faydalar verəcək. Bunun hesabına işğaldan azad edilmiş ərazilərdə yeni iş yerləri yaradılacaq və orda məskunlaşma daha tez baş verəcək. İş axtaran hər kəs üçün həmin ərazilər həm qazanc və həm də daimi yaşayış yerinə çevriləcək.

4) Türkiyə ilə Azərbaycan arasında ticari münasibətlərə çətinlik yaradan səbəblərdən biri ölkəmizin Dünya Ticarət Təşkilatına (DTT) üzv olmamasıdır. Odur ki, Azərbaycan mümkün qədər tez bir müddətdə DTT-ə qəbul olunmalı və Türkiyə ilə ikitərəfli azad ticarət sazişi imzalamalı və onu DTT-də qeydiyyatdan keçirilməlidir. Məlumat üçün qeyd edim ki, indiyədək Azərbaycan ikitərəfli 9 Azad Ticarət Sazişində tərəf kimi çıxış edir, onlardan 6-sı ilə əlaqədar ÜTT-yə bildiriş təqdim olunub. Təəssüf ki, Türkiyə 9 ölkə arasında yoxdur.

5) Azərbaycan tərəfindən Türkiyənin GUAM-da bərabər hüquqlu üzv olaraq təmsil olunması məsələsi Gürcüstan, Ukrayna və Moldova hökümətləri ilə razılaşdırılsın. GUAM tezliklə GUTAM-a çevrilsin və GUTAM üzvləri arasında ticarət münasibətləri xüsusi şərtlərlə tənzimlənsin.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button